DƏNİZ DALĞALARI

dəniz və okeanlarda hər hansı bir səbəbdən suyun dalğalanması.D.d. Ay və Günəşin qabarma əmələgətirmə qüvvəsinin, küləyin, atmosfer təzyiqinin dəyişməsinin, zəlzələlərin və dib deformasiyasının təsiri nəticəsində yaranır. D.d. külək, qabarma, barik və seysmik dalğalara bölünür.
DƏNİZ ÇÖKÜNTÜLƏRİ
DƏNİZ EKOSİSTEMLƏRİ
OBASTAN VİKİ
Elektromaqnit dalğaları
Elektromaqnit dalğaları (rus. Электромагнитные колебания) — dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasıdır. Elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru (E) və maqnit induksiya vektoru (B) bir-birinə, həm də dalğanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə rəqs edir, yəni eninə dalğadır. Elektromaqnit dalğalarının yayılma sürəti — sonludur və işıq sürətinə bərabərdir, c=300 000km/san=3·108m/san. Vakuumdan mühitə keçdikdə dalğanın tezliyi dəyişmir. Sürəti və deməli dalğa uzunluğu azalır. Görünən işıq — dalğa uzunluğu 0,4mkm÷0,76 mkm (1mkm=10−6m) intervalında olan elektromaqnit dalğalarıdır. Ultrabənövşəyi şüalar — dalğa uzunluğu 4·10−7÷4·10−9m intervalında yerləşən elektromaqnit dalğalarıdır. Rentgen şüaları — dalğa uzunluğu 2·10−9÷6·10−10m intervalında yerləşən elektromaqnit dalğalarıdır. ɣ(qamma) şüalanma — dalğa uzunluğu 10−11÷10−13m intervalında olan elektromaqnit dalğalarıdır.
Külək dalğaları
Külək dalğaları — Dənizlər çox az hallarda sakit olur. Hətta küləklər əsməsə belə onun səthində daim yüngül xəfif dalğalar yaranır. Küləklərin sürəti yüksəldikcə dənizlərdə mənzərə ani olaraq dəyişir. Bu zaman dalğalar yüksəlir,onlar arasındakı məsaf artır. Əvvəlcə sahilə alçaq,bir-birinə paralel olan bəndlər ardıcıl sıralarla gedir. Tədricən külək güclənir, dalğalar da təpələr formasını alır. Ymaclar çökəklik və yallarla bir-birindən ayrılır, yallarda köpüklər əmələ gəlir. Köpüklər dalğaların yamaclarında zolaqlar şəklində uzanır, havaya su damcıları uçur. Köpüklər dənizi ağ rəngə boyayır. Dalğalar küləyin təsirilə yaranır (sürəti 1m/san-dən çox olduqda) və onun gücü küləyin sürətindən asılıdır.
Qatil dalğaları
Qatil dalğaları (doqquzuncu dalğa, gəzən dalğalar, canavar dalğaları, ağ dalğa, ing. rogue wave — yaramaz dalğa, freak wave — dəli dalğa; fr. onde scélérate — cani dalğa, galéjade — pis zarafat) — 20-30 metr hündürlüyündə (və bəzən daha da çox) okeanda yaranan, dəniz dalğalarına xas olmayan davranışa sahib nəhəng tək dalğalar. "Qatil dalğaları" gəmilər və dəniz strukturları üçün ən çox təhlükə yaradır: belə bir dalğaya rast gəlmiş bir gəminin gövdəsi, üzərinə düşən suyun (1000 kPa ya da 10 atm-a qədər) böyük təzyiqinə dözə bilməz və gəmi bir neçə dəqiqə ərzində batacaq. Yaramaz dalğalar fenomenini ayrı bir elmi və praktik mövzu olaraq ayırmağa və anormal dərəcədə böyük amplituda (məsələn, sunami) dalğaları ilə əlaqəli digər fenomenlərdən ayırmağa imkan verən vacib bir vəziyyət, görünüşlərinin qəfil olmasıdır. Sualtı zəlzələlər və ya torpaq sürüşmələri nəticəsində meydana gələn və yalnız dayaz sularda böyük bir hündürlük əldə edən sunamilərdən fərqli olaraq, "yaramaz dalğalar" ın görünüşü fəlakətli geofiziki hadisələrlə əlaqəli deyil. Göründüyü kimi yaramaz dalğaların tək bir səbəbi olmasa da, səth dalğalarının suda qeyri-xətti dinamikası okeanda yaramaz dalğaların meydana gəlməsinin xarakterik səbəblərindən biridir. Uzun müddət gəzişən dalğalar o dövrdə mövcud olan dəniz dalğalarının görünüşü və davranışının heç bir riyazi modelinə sığmadığı üçün qondarma sayılırdı və kifayət qədər etibarlı dəlil də yox idi. Ancaq 1 yanvar 1995-ci ildə Norveç sahillərində Şimal dənizindəki Dropner neft platformasında 25,5 metr yüksəklikdə Dropner dalğası adlandı. Avropa Kosmik Agentliyinin (ESA) ERS-1 və ERS-2 radar peyklərindən istifadə edərək okeanların səthinin izlənilməsini nəzərdə tutan MaxWave layihəsi ("Maksimum Dalğa") çərçivəsində daha çox iş, 10-dan çox tək nəhəng qeyd etdi hündürlüyü 25 metrdən artıq olan dünyanın dörd həftəsində dalğalar.
Spin dalğaları
Spin dalğaları maqnit materialların (ferromaqnit, antiferromaqnit və ferrimaqnit) nizamlılığındakı həyəcanlanmaların yayılmasıdır. Bu kollektiv həyəcanlanmalar ardıcıl simmetriyaya malik maqnit qəfəslərində baş verir. Spin dalğalarının mövcudluğunu ilk dəfə ferromaqnitlər üçün 1930-cu ildə Feliks Blox söyləmişdir. Əsas halda ferromaqnit atomların spinləri bir-birinə paraleldir. Onlar anizotropiya oxu istiqamətində düzülürlər. Spinin bu istiqamətdən hər hansı meyli enerjinin artmasına gətirir. Əlbəttə, kristalda belə meyletmələr ola bilər. Məsələn, tam spinin proyeksiyası S z = N S − 1 {\displaystyle S_{z}=NS-1} olduğu stasionar hala baxaq. Belə hal atomlardan birinin spin proyeksiyasının vahid qədər azalması hesabına reallaşır. Spinin meyletməsi bütün kristala aid edilməlidir, yəni mübadilə qarşılıqlı təsiri nəticəsində spinin meyli atomdan atoma ötürülür.
Səs dalğaları
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Ultrasəs dalğaları
Ultrasəs dalğaları — İnsan qulağının eşidə bilmədiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir. Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir. Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir.
İnqilab dalğaları
İnqilab dalğası — oxşar dövrdə müxtəlif yerlərdə baş verən inqilablar seriyası. Bir çox hallarda, keçmiş inqilablar və inqilabi dalğalar mövcud olanları ilhamlandırdılar, ya da ilkin inqilab digər eyni zamanda "oxşar inqilablar"la bağlı olur. İnqilabçı dalğaların səbəbləri Robert Rozuell Palmer, Kreyn Brinton, Hanna Arendt, Erik Hoffer və Jak Qodşo kimi tarixçilər və siyasi fəlsəfələr tərəfindən araşdırılmışdır.
Dalğaları yararkən
Dalğaları yararkən (ing. Breaking the Waves) — rejissor Lars fon Trierin 1996-cı ildə Emili Uatsonun iştirakı ilə ekranlaşdrıdığı filmdir. Film Şimali Şotland Dağlarında yaşayan qeyri adı xarakterə malik gənc qız Bess MakNeyl və onun həyat yoldanı Yana qarşı hiss etdiyi məhəbbətdən bəhs edir. Filmin beynəlxalq istehsalı ilə Trierin rəhbərlik etdiyi "Zentropa" adlı Danimarka film şirkəti məşğul olmuşdur. "Dalğaları yararkən" filmi trierin "İdiotlar" (1998) və "Qaranlıqda rəqs edən" (2000) filmlərinin də daxil olduğu "Qızıl ürək trilogiyası"nın birinci filmidir. Dalğaları yararkən filmində psixoloji problemləri olmuş gənc şotland xanım Bess MakNeylin həyat hekayəsi danışılır. Yaşadığı toplumun və kalvinist kilsəsinin qarşı olmasına baxmayaraq, o, norveçli neftçi Yanla evlənir. Bess bir qədər kəm düşünəli və körpə uşaq kimi sadəlövhdür. Tez-tez kilsəni ziyarət edəən Bess Tanrıya inanır və çoxlu dua edir, Tanrının onun öz səsi ilə ona cavab verdiyini düşünür. Yan neft platformasında olduğu müddətdə Bess onsuz çətin yaşayır.
Okean dalğaları
Okean dalğaları (yap. 海がきこえる, ing. Ocean Waves, digər adı ilə I Can Hear the Sea) — Studio Ghibli-nin 1993-cü ildə ekranlara çıxan anime filmi. Taku Morisaki qatar stansiyasında doğma şəhəri Koçiyə qayıdarkən yolda məktəb günlərində yaşadığı sevgi üçbucağını xatırlayır. Ocean Waves (anime) Anime News Network Ensiklopediyasında Ocean Waves — Internet Movie Database saytında.
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
De Broyl dalğaları
De Broyl dalğaları — 1923-cü ildə fransız fiziki Lui de Broyl fotonun dalğa-korpuskul dualizm xassəsinin maddənin bütün zərrəciklərinə-elektron, proton, neytron və atomlara da xas ola bilmə hipotezini irəli sürür. Onun ideyasına görə, hər hansı bir zərrəcik E enerjiyə, eləcə də, p impulsuna malik olarsa, belə halda həmin zərrəciyin hərəkətinə tezliyi ν= E : h {\displaystyle E:h} və dalğa uzunluğu λ= h : p {\displaystyle h:p} olan dalğaya uyğun gəlir. Belə dalğalara de Broyl dalğaları deyilir. De Broylun nəzəri əsaslandırdığı adıçəkilən hipotez 1927–1928-ci illərdə aparılan təcrübələr nəticəsində təstiqləndi. Fərziyyənin təsdiqi elektronların kristal qəfəsdə difraksiyası təcrübələrinə əsaslanır. Maddə zərrəciyi olan elektronun dalğa xassələrini təsbit etmək məqsədilə elə cihaz tələb olunurdu ki, həmin cihazın parametrləri elektron dalğasının uzunluğu tərtibində olsun. Bu zaman aşkarlanmışdır ki, dalğa uzunluğunun bu qiyməti kristal qəfəslərdə atomlararası məsafə tərtibindədirlər. Məhz bu səbəbdən, aparılan təcrübələrdə kristal qəfəsdən keçərkən elektron dəstəsinin difraksiya və interferensiyası müşahidə edildi. Bununla da, təbiətin ən vacib qanunlarından biri sayılan- materiyanın dalğa-korpuskulyar xassəsinə sahib olması nəzəri və eləcə də, təcrübi yolla təsdiq edildi. Mikrozərrəciklərin dualist (ikili) təbiəti barədə nəzəriyyə mikroaləm haqqında təsəvvürləri tamamilə dəyişdi.
Dunay dalğaları (tort)
Dunay dalğaları (alm. Donauwelle‎) — albalılı yağlı xəmirdən və kərə yağ kremindən tort. Tort ikiqatlıdır: üst qat — qəhvəyidir, kakao əlavə olunur, aşağı qat — parlaqdır. Şirniyyat üçün formada olan iki qat xəmirin üstündə albalı (konservləşdirilmiş) qoyulur. Albanının ağırlığı altında, xəmir qatları qarışdırılır və "dalğalar" forması təşkil edir. Bişirildikdən sonra, tort krem və ya pudinq yağı ilə örtülür, sonra dalğaların imitasiyası ilə şokolad şirəsi (bəzən albalı suyu) əlavə olunur. Рецепт торта "Дунайские волны" (rus.) Nikolai Buroh: Das Teubner Buch- deutsche Küche. Gräfe Und Unzer, 2008, ISBN 978–3833804649, S. 488 (alm.) Гудрун Рушицка. Пироги и торты. Несложно и вкусно.
Oktyabrın Dalğaları (1977)
Film Rusiyada Oktyabr Sosialist İnqilabı qələbə çalandan sonra Azərbaycanda baş verən hadisələrdən — Bakı sovetinin hakimiyyəti öz əlinə almasından, 1919-cu ildə Muğan Sovet Respublikası qurulmasından, 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qələbə çalmasından, Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsindən (sentyabr, 1920-ci il) və s. bəhs edir.
Okean dalğaları (film)
Okean dalğaları (yap. 海がきこえる, ing. Ocean Waves, digər adı ilə I Can Hear the Sea) — Studio Ghibli-nin 1993-cü ildə ekranlara çıxan anime filmi. Taku Morisaki qatar stansiyasında doğma şəhəri Koçiyə qayıdarkən yolda məktəb günlərində yaşadığı sevgi üçbucağını xatırlayır. Ocean Waves (anime) Anime News Network Ensiklopediyasında Ocean Waves — Internet Movie Database saytında.
Dalğaları yararkən (film, 1996)
Dalğaları yararkən (ing. Breaking the Waves) — rejissor Lars fon Trierin 1996-cı ildə Emili Uatsonun iştirakı ilə ekranlaşdrıdığı filmdir. Film Şimali Şotland Dağlarında yaşayan qeyri adı xarakterə malik gənc qız Bess MakNeyl və onun həyat yoldanı Yana qarşı hiss etdiyi məhəbbətdən bəhs edir. Filmin beynəlxalq istehsalı ilə Trierin rəhbərlik etdiyi "Zentropa" adlı Danimarka film şirkəti məşğul olmuşdur. "Dalğaları yararkən" filmi trierin "İdiotlar" (1998) və "Qaranlıqda rəqs edən" (2000) filmlərinin də daxil olduğu "Qızıl ürək trilogiyası"nın birinci filmidir. Dalğaları yararkən filmində psixoloji problemləri olmuş gənc şotland xanım Bess MakNeylin həyat hekayəsi danışılır. Yaşadığı toplumun və kalvinist kilsəsinin qarşı olmasına baxmayaraq, o, norveçli neftçi Yanla evlənir. Bess bir qədər kəm düşünəli və körpə uşaq kimi sadəlövhdür. Tez-tez kilsəni ziyarət edəən Bess Tanrıya inanır və çoxlu dua edir, Tanrının onun öz səsi ilə ona cavab verdiyini düşünür. Yan neft platformasında olduğu müddətdə Bess onsuz çətin yaşayır.
Oktyabrın dalğaları (film, 1977)
Film Rusiyada Oktyabr Sosialist İnqilabı qələbə çalandan sonra Azərbaycanda baş verən hadisələrdən — Bakı sovetinin hakimiyyəti öz əlinə almasından, 1919-cu ildə Muğan Sovet Respublikası qurulmasından, 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qələbə çalmasından, Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsindən (sentyabr, 1920-ci il) və s. bəhs edir.
Dəniz (albom)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Dəniz Akkaya
Dəniz Akkaya (türk. Deniz Akkaya; 3 avqust 1977, İstanbul) — Türkiyə modeli, aktrisası və aparıcısı. Dəniz Akkaya 1977-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Kayserinin Akören rayonunun Uzunyayla kəndindən olan çərkəz mənşəli ailədəndir. Təhsil həyatını İstanbulda keçirmişdir. İbtidai təhsilini Faiq Rəşid Onat adına ibtidai məktəbdə, orta təhsilini Bilgə Kaan Özəl Sınaq adına liseydə, liseyi isə Semiha Şakir adına özəl sınaq liseyində keçirmişdir. İstanbul Universitetinin ABŞ dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Teatrda və kinoda rol almışdır. "Maskalı beşlər: Kipr", "Vizontele Tuuba", "Məktəb" onun rol aldığı filmlərdən bəziləridir. Onun biznesmen Efe Önbilginlə evliliyindən Ayşə (10 dekabr 2009-cu il təvəllüdlü) adlı bir qızı var.
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli hakimi. Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib. Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.
Dəniz Baykal
Dəniz Baykal (türk. Deniz Baykal, 20 iyul 1938, Antalya – 11 fevral 2023, Ankara) – Türkiyə siyasətçisi və hüquqşünas. Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, Millət vəkili. Dəniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Atası əslən Çərkəz , anası Türkiyədəndir. 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb. 1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-yə yollanan Dəniz Baykal iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Antalya millət vəkili seçilib. Dəniz Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində Maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal Partiya Məclisi və Mərkəzi İdarəetmə Heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib.
Dəniz Gəzmiş
Dəniz Gəzmiş (türk. Deniz Gezmiş; 27 fevral 1947, Ayaş, Ankara ili – 6 may 1972, Ankara) — Türkiyəli marksist-leninist inqilabçı və siyasi aktivist. 1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilmişdir. Dəniz Gəzmiş həyatı, fəaliyyəti və ölümü ilə Türkiyə cəmiyyətinin üzərində dərin izlər buraxmışdır. Ölümündən sonra barəsində yazılmış mahnılar və çəkilmiş sənədli, bədii filmlər buna misal göstərilə bilər. Dəniz Gəzmiş 1947-ci ilin 28 fevral tarixində Ankaranın Ayaş səmtində dünyaya gəlmişdir. Babası Rizə bölgəsinin Əkizdərə səmtinə bağlı Cimil kəndinin sakini olmuşdur. Gəzmişin nəsili Konyadan köçmək məcburiyyətində qalmış Oğuz türklərinə gedib çıxmaqdadır. Dəniz Gəzmişin atası Ərzurumda yerləşən orta məktəblərin birində müfəttiş kimi çalışan Cəmil Gəzmiş idi. Anası Müqəddər Gəzmiş də Ərzurum bölgəsinin Tortum səmtində orta məktəb müəlliməsi kimi çalışırdı.
Dəniz Mall
Dəniz Mall — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi. Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır. Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib. Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür. Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi. Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır. Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.
Dəniz Yücəl
Dəniz Yücəl (alm. Deniz Yücel‎; 10 sentyabr 1973) — Türk mənşəli Alman jurnalist. Die Tageszeitung və Die Welt də daxil olmaqla bir neçə alman çap mediasında nəşr edilmişdir. Türkiyə hökuməti Dəniz Yücəli dəfələrlə casusluqda və Gülən Hərəkatına və Kürdüstan Fəhlə Partiyasına dəstək olmaq üçün Alman Federal Kəşfiyyat Xidmətində çalışmaqda günahlandırdı. Türkiyə hökuməti, Dəniz Yücelin bu iki quruluşa Türkiyədə sabitliyi pozmaq üçün kömək etdiyini də bildirdi. 2017-ci ildəki bir çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dəniz Yücəl bir casusdur, jurnalist deyil" demişdir. 14 fevral 2017-ci ildə Türkiyə məhkəməsi Dəniz Yücəli casusluqda günahkar hesab edərək həbs cəzasına məhkum etdi. Bu həqiqət Almaniyada jurnalistlər, siyasətçilər və ictimaiyyət tərəfindən mənfi qəbul edildi. Almaniyanın xarici işlər naziri Siqmar Qabriel dərhal Türkiyə səfirini Xarici İşlər Nazirliyinə çağırdı və burada Dəniz Yücələ qarşı çıxarılan hökmə etiraz etdi. 16 fevral 2018-ci ildə, bir ildən çox həbsxanada qaldıqdan sonra Dəniz Yücəl sərbəst buraxıldı.
Dəniz anası
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Dəniz anemonları
Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır.